• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir

16 İyun, 26 / 10:53
A A
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir

Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılan “Media haqqında” qanuna dəyişiklik layihəsinə əsasən Azərbaycanda yeni qurum – Media və Yayım Şurası yaradılır.

Layihəyə görə, yeni şura Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini birləşdirəcək və ölkədə media və yayım sahəsində vahid səlahiyyətli dövlət qurumu kimi fəaliyyət göstərəcək.

Qurumun əsas funksiyalarına media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi, dövlət və media arasında əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, eləcə də media sahəsində təlim və müsabiqələrin təşkili daxildir.

Bundan əlavə, şura:

dövlət sifarişi əsasında audiovizual və media layihələrinin həyata keçirilməsini təmin edəcək,

dezinformasiyanın qarşısının alınması və informasiya mühitinin təhlili istiqamətində tədbirlər görəcək,

Media Reyestrini formalaşdıracaq və jurnalist vəsiqələrinin verilməsini həyata keçirəcək,

media subyektlərinin fəaliyyətinə dair monitorinq və qiymətləndirmə aparacaq.

Layihəyə əsasən, qurumun sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin ediləcək, üzvlər isə öz aralarından iki sədr müavini seçəcəklər.

Qanun layihəsində qeyd olunur ki, yeni mexanizm media sahəsində vahid yanaşmanın formalaşdırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və yerli medianın inkişafına dəstək məqsədi daşıyır.

//milli.az

Previous Post

Nizami rayonunda sexdə yanğın oldu - VİDEO

Next Post

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.