• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsi Goranboy rayonunda keçirilib

16 İyun, 26 / 12:27
A A
XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsi Goranboy rayonunda keçirilib

Milli Qurtuluş Gününə həsr olunmuş XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsi bu il “Gənclər Paytaxtı” Goranboy rayonunda keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümüdvar Quliyev və digər qurumların məsul şəxsləri iştirak ediblər.

Yarışdan öncə Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinə kimi hərbi orkestrin müşayiəti ilə dövlət bayrağı ilə yürüş təşkil edilib.

Rəsmi açılışdan sonra oyunlara start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə ümumtəhsil müəssisələrinin X və XI siniflərində təhsil alan şagirdlər arasında keçirilən “Şahin” hərbi-idman oyununun finalında 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin nümunəvi çıxışının ardınca mükafatlandırma mərasimi təşkil olunub. Ən yüksək xal toplayan Bakının Binəqədi rayonunun komandası birinci, Nizami rayonunun komandası ikinci, İsmayıllı rayon komandası isə üçüncü yerə layiq görülüblər.

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.

Previous Post

“Mastercard”ın KOB-ların Etimad İndeksi: Azərbaycan KOB-ları fəal şəkildə rəqəmsal texnologiyaları tətbiq edir və maliyyə mənbələrinə daha geniş çıxış imkanları axtarırlar

Next Post

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.