Yunanıstanın iki adasında su qıtlığı səbəbindən fövqəladə vəziyyət elan edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərar üç ay müddətində qüvvədə olacaq.
Rəsmilər yay mövsümündə suya tələbatın artdığını bildiriblər.Problemin həlli üçün əlavə tədbirlər görüləcək.Oxşar qərar daha əvvəl Kerpe adasında da qəbul olunmuşdu.
//Nəzər.Media
