UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Qarabağ”-“Şkendiya” oyunu başa çatdı.Bu oyunda 5:1 qalib gələn “Qarabağ” ümumi hesabda 6:1 qalib gələrək adını pley-off mərhələsinə yazdıra bilib.
xxxx
Oyunun 59-cu dəqiqəsində Leandro Andrade “Qarabağ”ın beşinci topuna imza ataraq ümumi hesabı bir qədər də artırdı-“Qarabağ”-“Şkendiya”-5:1(6:1)
xxxxxx
“Qarabağ”-“Şkendiya” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 4:1 ümumi hesabda isə 5:1 irəlidədir
xxxx
Oyunun 35-ci dəqiqəsində Marko Yankoviç penaltidən “Qarabağ”ın dördüncü topuna imza ataraq ümumi hesabı bir qədər artırdı-“Qarabağ”-“Şkendiya”-4:1(5:1)
xxxxx
Oyunun 33-cü dəqiqəsində Nəriman Axundzadə “Qarabağ”ın üçüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırdı-“Qarabağ”-“Şkendiya”-3:1(4:1)
xxxxx
Oyunun 18-ci dəqiqəsində Kadi Borqes “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını həm bu oyunda hesabda önə keçirdi, həm də ümumi fərqi bir qədər də artırdı-“Qarabağ”-“Şkendiya”-2:1(3:1)
xxxx
Oyunun 16-cı dəqiqəsində “Qarabağ” “Şkendiya”nın heyətindən Klisman Keykin qolu ilə bu oyunda hesabı bərabərləşdirərək komandamızı yenidən ümumi hesabda önə keçirdi-“Qarabağ”-“Şkendiya”-1:1(2:1)
xxxx
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edir. Səfərdə minimum hesablı qələbə qazanan təmsilçimiz Bakıda da adını növbəti mərhələyə yazdırmağa çalışır. “Şkendiya”da Bakıda geri dönüş edərək play-off yüksəlmək istəyir. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanı Danni Makkil idarə edir. Ona ədaləti təmsil etməkdə həmyerliləri Hassel Stiqstr və Yan de Vries kömək edir. Dördüncü hakim funksiyasını Marc Naqtiqıl yerinə yetirir. VAR-da Denis Hayqlerə Riçard Martins kömək edir. Artıq oyunun 10-cu dəqiqəsində “Şkendiya” Fabrisa Tambanın qolu ilə hesabı açaraq ümumi hesabı bərabərləşdirdi-“Qarabağ”-“Şkendiya”-0:1(1:1)
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub.
Təmsilçimiz ilk oyunda İyulun 23-də Dublindəki “Tolka Park” stadionunda “Şelburn”un qonağı olub. Oyunun 13-cü dəqiqəsində “köhlən atlar” Leandro Andradenin qolu ilə hesabı açıb-“Şelburn”-“Qarabağ”-0:1. Görüşün ilk hissəsi 0:1 “Qarabağ”ın xeyrinə başa çatıb. Oyunun 81-ci dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın üçüncü topuna imza atıb-“Şelburn”-“Qarabağ”-0:2. Oyunun 85-ci dəqiqəsində Nəriman Axundazadə “Qarabağ”ım üçüncü topuna imza atdı-“Şelburn”-“Qarabağ”-0:3. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçadan 0:3 qalib ayrıdı.
“Qarabağ”mız UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda İralandiyanın “Şelburn” klubunu qəbul edir. “Qarabağ” səfərdəki qələbədən sonra növbəti mərhələ haqqında düşünür. Qonaqlar isə Bakıda möcüzə axtarışındadır. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Andrea Kolombodur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Stefano Alassio və Dario Cekkoni kömək edir. VAR-da Daniele Doveriyə Daniele Paterna kömək edir. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0)
İyulun 30-da təmsilçimiz “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şelburn”u qəbul edib. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ilk hissəsi “Qarabağ”ın 1:0 ümumi hesabda 4:0 üstünlüyü ilə başa çatıb-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Belə bu görüşdə 1:0 qalib gələn “Köhlən Atlar” ümumi hesabda 4:0 qalib gələrək adını III təsnifat mərhələsinə yazdıra bilib.
Avqsutun 5-də isə UEFA Çempionlar Liqasının III təsnifatının ilk oyunu çərçivəsində “Todor Proeski Milli Arena”sında Şimali Makedoniyanın “Şkendiya” klubunun qonağı olub.Artıq oyunun 18-ci dəqiqəsində “Qarabağ” Toral Bayramovun penaltidən qolu ilə hesabı açıb-“Şkendiya”-“Qarabağ”-0:1. İlk hissə “Qarabağ”ın 0:1 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Şkendiya”-“Qarabağ”-0:1
