ABŞ Prezidenti Donald Tramp Kolumbiyadakı prezident seçkisi ilə bağlı açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ-e Prezidenti sağçı namizəd Abelardo de la Espriyaya tam dəstək göstərdiyini bildirib.
Tramp namizədi güclü və qətiyyətli lider adlandırıb.Kolumbiyada prezident seçkisinin ikinci turu iyunun 21-də keçiriləcək. Seçkidə Abelardo de la Espriya və İvan Sepeda mübarizə aparacaq.
//Nəzər.Media
