Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu iyun ayı üzrə pensiya ödənişlərini sabah tam yekunlaşdıracaq.
İyunun 19-da respublika üzrə bütün pensiyaların vətəndaşların hesablarına köçürülməsi nəzərdə tutulur.
Məlumatda qeyd olunub ki, həmin tarixdə güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin də ödənişləri həyata keçiriləcək.
Beləliklə, sabah ölkə üzrə pensiya ödənişləri tam başa çatdırılmış olacaq.
//Nəzər.Media
