Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb. Nəzər.Media Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, o, 19–21 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.
Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milli komandaları mübarizə aparacaqlar.
