ABŞ ilə İran arasında memorandum imzalanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, razılaşma Vaşinqtonda ciddi müzakirələrə səbəb olub.
Sənədə əsasən, İran nüvə statusunu və raket proqramını qoruyub saxlayır. Eyni zamanda, sanksiyaların ləğvi və böyük maliyyə dəstəyi əldə edir. ABŞ ictimaiyyətində isə müharibənin məqsədi ilə bağlı suallar artır.
//Nəzər.Media
