Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Türkiyə hesabatına etiraz edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, nazirlik hesabatdakı Kiprlə bağlı müddəaları qərəzli adlandırıb.
Açıqlamada Şimali Kiprin suveren və müstəqil dövlət olduğu vurğulanıb. Federasiya modelinin reallığı əks etdirmədiyi bildirilib. Nazirlik Avropa İttifaqını daha balanslı mövqe tutmağa çağırıb.
//Nəzər.Media
