Nigerdə beynəlxalq hava limanına silahlı hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 35 nəfər həlak olub.
Ölənlərdən 22-si hücumçu, 11-i hərbçi, 2-si isə mülki şəxsdir. Təhlükəsizlik qüvvələri hadisə ilə əlaqəli 20 nəfəri saxlayıb. Əməliyyat zamanı çoxlu silah və sursat ələ keçirilib.
//Nəzər.Media
