Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Samsunda baş verib.
Qəza zamanı 12 yaşlı uşağın idarə etdiyi avtomobil körpüdən aşıb. Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılardan ikisi azyaşlıdır. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
