Böyük Britaniya kralı III Çarlz şəxsi vergi ödənişlərini ictimaiyyətə açıqlayacaq.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Bu, müasir dövrdə ilk dəfə bir monarxın belə addım atması olacaq.
Bukinqem Sarayı bunu şəffaflıq və modernləşmə addımı kimi qiymətləndirib.Açıqlamanın cümə axşamı yayımlanacağı bildirilib.Məlumat krallıq maliyyəsinə dair müzakirələrin artdığı dövrdə verilib.
//Nəzər.Media
