Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistanın xarici işlər naziri İshaq Dar, Misirin xarici işlər naziri Badr Abdelatti və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Fərhan Misirin paytaxtı Qahirədə bir araya gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə Yaxın Şərqdə sülh və sabitlik məsələləri müzakirə olunub.
Fələstin məsələsinin ədalətli həlli əsas mövzu kimi qeyd edilib. Liderlər sonda birgə bəyanat qəbul ediblər.
Bəyanatda 1967 sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinə dəstək verilib. Qəzza və nəzarət altında olan ərazilərdə humanitar vəziyyətə xüsusi diqqət göstərilib.
//Nəzər.Media
