Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kastamonda baş verib.
Qəza zamanı motosiklet baryerlərə çırpılıb. Qəza zamanı motosikletin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
