DÇ-2026-nın I qrupunun II turu çərçivəsində Fransa və İraq milliləri üz-üzə gəlib. Oyunun 14-cü dəqiqəsində Fransa Kilyan Mbapenin qolu ilə hesabı açıb-Fransa-İraq-1:0. İlk hissə Fransanın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Kilyan Mbape Fransanın ikinci topuna imza atıb-Fransa-İraq-2:0. Oyunun 66-cı dəqiqəsində Usman Dembele Fransanın üçüncü topuna imza atıb-Fransa-İraq-3:0. Bu oyunda vurulan son qol oldu və Fransa matçdan 3:0 qalib ayrılıb.
