DÇ-2026-nın I qrupunun II turu çərçivəsində Norçev və Seneqal milliləri üz-üzə gəlib. Artıq oyunun 43-cü dəqiqəsində Norveç Markus Holmgren Pedersenin qolu ilə hesabı açıb-Norveç-Seneqal-1:0. İlk hissə Norveçin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Erlinq Holand Norveçin ikinci topuna imza atıb-Norveç-Seneqal-2:0. Oyunun 53-cü dəqiqəsində Seneqal İsmayılla Sarrın qolu ilə hesab arasındakı fərqi azaldıb-Norveç-Seneqal-2:1. Oyunun 58-ci dəqiqəsində Erlinq Holand dubl edərək özünün ikinci Norveçin üçüncü topuna imza atıb-Norveç-Seneqal-3:1. Oyunun 90+3-cü dəqiqəsində İsmaila Sarr dubl edərək özünün və Senaqalın ikinci topuna imza ataraq hesab arasındakı fərqi yenidən minimuma endirib-Norveç-Seneqal-3:2. Bu oyunda vurulan son qol oldu və Norveç matçdan 3:2 qalib ayrılıb.
//Nəzər.Media
