DÇ-2026-nın J qrupunun II turu çərçivəsində İordaniya və Əlcəzair milliləri üz-üzə gəlib. Oyunun 36-cı dəqiqəsində İordaniya Nizar Əlrəşdanın qolu ilə hesabı açıb-İordaniya-Əlcəzair-1:0. İlk hissə İordaniyanın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 69-cu dəqiqəsində Nadhir Benbauli Əlcəzairin bərabərlik topuna imza atıb-İordaniya-Əlcəzair-1:1. Oyunun 82-ci dəqiqəsində Amin Quiri Əlcəzairin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-İordaniya-Əlcəzair-1:2. Bu oyunda vurulan son qol olub və Əlcəzair matçdan 1:2 qalib ayrılıb.
//Nəzər.Media
