• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb

23 İyun, 26 / 12:03
A A
“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb.

10–11 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən sonra uşaqlar “Nilado Green” çay plantasiyasına ekskursiya ediblər. Sonra psixoloqlar tərəfindən tanışlıq, ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş təlim, eləcə də stolüstü oyun saatı keçirilib.

İkinci gün uşaqlar Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə əraziyə yerləşdirilən xüsusi idman alətlərindən istifadə etməklə səhər idmanına qatılıblar.

Gün ərzində “Gənc Psixoloqlar” İctimai Birliyinin psixoloqları ilə görüş, uşaq parkında əyləncə proqramı və “face-art” fəaliyyəti təşkil olunub.

ASAN Radio və ASAN TV-nin təşkilati dəstəyi ilə keçirilən konsert proqramında estrada müğənnisi Elçin Cəfərovun çıxışı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin aktyorlar İlkin Həsəni və Elşən Orucov şəhid övladları ilə görüşüblər.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: “Badamlı” və “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV

Previous Post

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib -FOTOLAR

Next Post

5-ci LANDAU Şahmat Festivalı uğurla yekunlaşıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.