ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyiş əldə olunsa da, tərəflər bir sıra məsələlərdə fərqli mövqe sərgiləyirlər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, xüsusilə İranın dondurulmuş vəsaitlərinin istifadəsi ilə bağlı fikir ayrılığı davam edir.
Hürmüz boğazının gələcək idarəçiliyi də müzakirə mövzularından biridir.Nüvə yoxlamaları ilə bağlı açıqlamalar da Vaşinqton və Tehran arasında üst-üstə düşmür. Bu arada ABŞ Senatı İrana qarşı hərbi əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
//Nəzər.Media
