Mesajlaşma platforması “WhatsApp”ın rəhbəri Uill Ketkart vəzifəsindən ayrıldığını açıqlayıb. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, Ketkart təxminən yeddi il ərzində platformaya rəhbərlik edib.
Şirkətin yeni rəhbəri hindistanlı texnologiya sahibkarı Kunal Şah olacaq.Meta rəhbərliyi bu dəyişikliyin şirkət üçün mühüm addım olduğunu bildirib.Mütəxəssislər qərarın Hindistan bazarında mövqelərin gücləndirilməsinə hesablandığını qeyd edirlər.
//Nəzər.Media
