Rumıniya Parlamentinin Nümayəndələr Palatası Moldova ilə birləşməni nəzərdə tutan təklifi təsdiqləyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sənəd hələlik hüquqi qüvvəyə malik deyil və Senatda da müzakirə olunmalıdır.
Rumıniya hökuməti isə təşəbbüsə ehtiyatla yanaşaraq əsas prioritetin Moldovanın Avropa İttifaqına üzvlük yolunu dəstəkləmək olduğunu bildirib. Moldova Prezidenti Maya Sandu daha əvvəl mümkün referendumda birləşmənin lehinə səs verəcəyini açıqlamışdı.
//Nəzər.Media
