Kibertəhlükəsizlik mütəxəssisləri bəzi köhnə iPhone modellərində yeni boşluq aşkar ediblər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, problemin A12 və A13 çipləri ilə işləyən cihazlara aid olduğu bildirilib.
Mütəxəssislərin sözlərinə görə, bu boşluq uzaqdan deyil, yalnız fiziki müdaxilə ilə istifadə oluna bilər. Risk daha çox itirilən və ya oğurlanan telefonlar üçün keçərlidir. İstifadəçilərə cihazlarını yeniləmək və güclü şifrə seçmək tövsiyə olunur.
//Nəzər.Media
