Norveç ibtidai məktəblərdə süni intellekt vasitələrinin istifadəsini qadağan edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərar uşaqların əsas bacarıqlarının ənənəvi üsullarla formalaşdırılması məqsədi daşıyır.
Təhsil Nazirliyi oxu, yazı və məntiqi düşüncənin müəllim nəzarəti altında inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Məhdudiyyət hələlik yalnız ibtidai siniflərə şamil olunur. Gələcəkdə digər təhsil pillələrində də əlavə qaydalar tətbiq oluna bilər.
//Nəzər.Media
