Bu gün DC-2026-nın III turu çərçivəsində 6 görüş baş tutub.
Nəzər.Media xəbər verir ki, ilk olaraq E qrupunda paralel olaraq iki qarşılaşma baş tutub.
E qrupunun III turu çərçivəsində Kürasao və Kot-d’İvuar milliləri üz-üzə gəlib. Artıq oyunun 7-ci dəqiqəsində Kot-d’İvuar Nikolos Pepenin qolu ilə hesabı açıb-Kürasao-Kot-d’İvuar-0:1. İlk hissə Kot-d’İvuarın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 64-cü dəqiqəsində Nikolos Pepe Kot-d’İvuarın ikinci topuna imza atıb-Kürasao-Kot-d’İvuar-0:2. Bu oyunda vurulan son qol olub və Kot-d’İvuar matçdan 0:2 qalib ayrılıb.
Paralel olaraq E qrupunun III turu çərçivəsində Ekvador və Almaniya milliləri üz-üzə gəlib. Artıq oyunun 2-ci dəqiqəsində Almaniya Leroy Sanenin qolu ilə hesabı açıb-Ekvador Almaniya-0:1. Oyunun 9-cu dəqiqəsində Nilson Anqulo Ekvadorun bərabərlik topuna imza atıb-Ekvador-Almaniya-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-Ekvador-Almaniya-1:1. Oyunun 77-ci dəqiqəsində Qonzalo Plata Ekvatorun ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-Ekvador-Almaniya-2:1. Bu oyunda vurulan son qol olub və Ekvador matçdan 2:1 qalib ayrılıb.
Beləcə E qrupunu Almaniya 6 xalla birinci, Kot-d’İvuar 6 xalla ikinci, Ekvador 4 xalla üçüncü, Kürasao isə 1 xalla sonuncu yerdə bitirib.
Bu görüşlərdən sonra F qrupunun görüşləri baş tutub.
F qrupunun III turu çərçivəsində Yaponiya və İsveç milliləri üz-üzə gəlib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Yaponiya-İsveç-0:0. Yaponiya Daizan Maidanın qolu ilə hesabı açıb-Yaponiya-İsveç-1:0. Oyunun 62-ci dəqiqəsində Antoni Elanqa İsveçin bərabərlik topuna imza atıb-Yaponiya-İsveç-1:1.
Paralel olaraq F qrupunun III turu çərçivəsində Tunis və Niderland milliləri üz-üzə gəlib. Artıq oyunun 3-cü dəqiqəsində Niderland Tunis millisinin oyununçusu Elyes Şkhirinin avtoqolu ilə hesabı açıb-Tunis-Niderland-0:1.Oyunun 7-ci dəqiqəsində Brain Brobbey Niderlandın ikinci topuna imza atıb-Tunis-Niderland-0:2. İlk hissə Niderlandın 0:2 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Tunis Hazem Masturinin qolu ilə hesab arasındakı fərqi azaldıb-Tunis-Niderland-1:2. Oyunun 62-ci dəqiqədə Yan-Paul van Hekke Niderlandın üçüncü qolunu vurub-Tunis-Niderland-1:3. Bu oyunda vurulan son qol olub və Niderland matçdan 1:3 qalib ayrılıb.
Beləcə F qrupunu Niderland 7 xalla birinci, Yaponiya 5 xalla ikinci, İsveç 4 xalla üçüncü və Tunis isə xalsız sonuncu başa vurub.
Bu görüşlərdən sonra D qrupunun görüşləri baş tutub.
D qrupunun III turu çərçivəsində Türkiyə və ABŞ milliləri üz-üzə gəlib. Artıq oyunun 3-cü dəqiqəsində ABŞ Austin Trastinin qolu ilə hesabı açıb-Türkiyə-ABŞ-0:1. Oyunun 10-cu dəqiqəsində Arda Gülər Türkiyənin bərabərlik topuna imza atıb-Türkiyə-ABŞ-1:1. Oyunun 31-ci dəqiqəsində Barış Alper Yılmaz Türkiyənin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-Türkiyə-ABŞ-2:1. İlk hissə Türkiyənin 2:1 üstünlüyü ilə başa çatıb. Oyunun 49-cu dəqiqəsində Sebastian Berhalter ABŞ-ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-Türkiyə-ABŞ-2:2. Oyunun 90+8-ci dəqiqəsində Kan Ayxan Türkiyənin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-Türkiyə-ABŞ-3:2. Bu oyunda son qol olub və Türkiyə oyundan 3:2 qalib ayrılıb.
Paralel olaraq D qrupunun III turu çərçivəsində Paraqvay və Avstraliya milliləri üz-üzə gəlib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-Paraqvay-Avstraliya-0:0. Oyunun ikinci hissəsində də qol olmayıb və görüş başladığı hesabla bitib-Paraqva-Avstraliya-0:0.
Beləcə D qrupunu ABŞ 6 xalla birinci, Avstraliya 4 xalla ikinci,Paraqvay 4 xalla üçüncü və Türkiyə 3 xalla sonuncu pillədə bitirib.
//Nəzər.Media
