İdman Arbitraj Məhkəməsi hamilə futbolçunun xeyrinə qərar çıxarıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İtaliyanın “Latsio” klubu isveçli oyunçuya 69 min avro təzminat ödəyəcək.
Məhkəmə müqavilədən hamiləliyə görə imtina edilməsini qanunsuz sayıb. Klubun futbolçunun şəxsi məlumatını yayması da hüquq pozuntusu kimi qiymətləndirilib.
//Nəzər.Media
