ABŞ “yeni nəsil” Qızıl Qübbə raketdən müdafiə sistemini yaradacaq.
“Reuters”in məlumatına görə, sistem dörd müdafiə qatından ibarət olacaq, bir peyk və üç yerüstü komponent.
Müdafiə sisteminə ABŞ-nin materik hissəsində, Alyaska və Havay adalarında yerləşəcək 11 yaxın mənzilli batareya daxildir.
Layihənin ümumi dəyəri 175 milyard dollar olaraq qiymətləndirilir. İyul ayında qəbul edilən vergi-büdcə qanun layihəsinə əsasən, ABŞ Konqresi bu məqsədlə ilkin olaraq 25 milyard dollar ayırıb. 2026-cı maliyyə ilində isə layihəyə əlavə olaraq 45,3 milyard dollar ayrılması nəzərdə tutulur.
//milli.az
