Şabran rayonunda itkin düşən şəxsin meyiti aşkarlanıb.
Hadisə rayonun Hacıqaraqaşlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyev itkin düşdükdən sonra aparılan axtarışlar nəticəsində onun meyiti kənddəki göldə tapılıb. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
//milli.az
