Bu gün DC-2026-nın III turu çərçivəsində 6 görüş baş tutub.
Nəzər.Media xəbər verir ki, ilk olaraq L qrupunda paralel olaraq iki qarşılaşma baş tutub.
L qrupunun III turu çərçivəsində Panama və İngiltərə milliləri üz-üzə gəlib. Gərgin keçən görüş 0:2 İngiltərənin xeyrinə başa çatıb.
Qollar:
Panama İngiltərə
. 62. Cud Belinqam(0:1)
. 67. Harri Keyn(0:2)
Paralel olaraq L qrupunun III turu çərçivəsində Xorvatiya və Qana milliləri üz-üzə gəlib. Gərgin keçən matç 2:1 Xorvatiyanın üstünlüyü ilə başa çatıb.
Qollar:
Xorvatiya Qana
31. Peter Sucic(0:1) 73. Deris Lukkasen (1:1)
83. Nikola Vlasiç(0:2)
Beləcə L qrupunu İngiltərə 7 xalla birinci, Xorvatiya 6 xalla ikinci, Qana 4 xalla üçüncü və Panama xalsız sonuncu bitirib.
Bu görüşlərdən sonra K qrupunun görüşləri baş tutub.
K qrupunun III turu çərçivəsində Kolumbiya və Portuqaliya milliləri üz-üzə gəlib. Görüş başladığı hesabla bitib-Kolumbiya-Portuqaliya-0:0
Paralel olaraq K qrupunun III turu çərçivəsində Konqo DR və Özbəkistan milliləri üz-üzə gəlib. Görüş 3:1 Konqo millisinin qələbəsi ilə başa çatıb.
Qollar:
Konqo DR Özbəkistan
68. Yon Vissa(P) 10. Eldor Şodmurodov
78. Viston Mayel
90+1 .Yon Vissa
Beləcə K qrupunu Kolumbiya 7 xalla birinci, Portuqaliya 5 xalla ikinci, Konqo DR 3 xalla üçüncü və Özbəkistan xalsız sonuncu bitirib.
Bu görüşlərdən sonra J qrupunun görüşləri baş tutub.
J qrupunun III turu çərçivəsində Əlcəzair və Avstriya milliləri üz-üzə gəlib. Tərəflər matç ərzində həryə üç dəfə fəqənib-Əlcəzair-Avstriya-3:3
Qollar
Əlcəzair Avstriya
45. Rafiq Belqhali 28. Marko Arnotoviç
60. Riyad Mehrez 55. Marsel Sabister
90+3. Riyad Mehrez 90+5. Saşa Kalajdiç
Paralel olaraq J qrupunun III turu çərçivəsində İordaniya və Argentina milliləri qarşılaşıb. Görüş 1:3 Argentinanın xeyrinə başa çatıb
Qollar:
İordaniya Argentina
55 Mousa Altimair 19. Covani Lo Kelso
31. Laturo Martinez(P)
80. Leanel Messi
Beləcə J qrupunu Argentina 9 xalla birinci, Avstriya 4 xalla ikinci, Əlcəzair 4 xalla üçüncü və İordaniya xalsız sonuncu bitirdi.
Bununla da 1/6 finalın bütün iştirakçıları bəlli oldu
1/16 final mərhələsinin oyun cədvəli:
28 iyun
23:00. Cənubi Afrika Respublikası – Kanada
29 iyun
21:00. Braziliya – Yaponiya
30 iyun
00:30. Almaniya – Paraqvay
05:00. Niderland – Mərakeş
21:00. Fildişi Sahili – Norveç
1 iyul
01:00. Fransa – İsveç
05:00. Meksika – Ekvador
20:00. İngiltərə – Konqo Demokratik Respublikası
2 iyul
00:00. Belçika – Seneqal
04:00. ABŞ – Bosniya və Herseqovina
23:00. İspaniya – Avstriya
3 iyul
03:00. Portuqaliya – Xorvatiya
07:00. İsveçrə – Əlcəzair
22:00. Avstraliya – Misir
4 iyul
02:00. Argentina – Kabo-Verde
05:30. Kolumbiya – Qana
//Nəzər.Media
