İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qondarma erməni soyqırımı iddialarını tanıyan qərarı təsdiqləyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərarın növbəti mərhələdə İsrail parlamentində səsverməyə çıxarılması gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyi bu addımı sərt bəyanatla pisləyib. İsrailli bəzi siyasi şərhçilər isə qərarın tarixi deyil, siyasi məqsədlər daşıdığını bildiriblər.
//Nəzər.Media
