Səudiyyə Ərəbistanında Aramco şirkətinə məxsus helikopter qəzaya uğrayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Ras Tanura şəhərində baş verib.
Qəza nəticəsində helikopterdə olan 14 nəfərin hamısı həlak olub. Hadisənin səbəbi araşdırılır. Rəsmi qurumlar faktla bağlı istintaqa başlayıb.
//Nəzər.Media
