İsrail və Livan arasında atəşkəs razılaşması imzalansa da, gərginlik davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “Hizbullah” razılaşmanı qəbul etmədiyini açıqlayıb.
Təşkilat silahlı müqaviməti davam etdirəcəyini bildirib. İsrail isə təhlükəsizlik təmin olunana qədər Livanın cənubundakı mövqelərini qoruyacağını bəyan edib.
//Nəzər.Media
