Fransada güclü istilərdən sonra yeni qanun layihəsi hazırlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, layihəyə əsasən, həddindən artıq isti günlərdə işçilərə 5 günlük ödənişli məzuniyyət verilə bilər.
Təklif sel və meşə yanğınları kimi təbii fəlakətləri də əhatə edir. Təşəbbüs qısa müddətdə minlərlə vətəndaşın dəstəyini qazanıb.
//Nəzər.Media
