Cənubi Koreyada “Hyundai” işçiləri tətil qərarı veriblər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onlar robotların iş yerlərini əvəz edəcəyindən narahatdırlar.
Şirkət gələcəkdə istehsalda minlərlə humanoid robotdan istifadə etməyi planlaşdırır. Həmkarlar ittifaqı əməkhaqqının artırılmasını və iş təminatı tələb edir.
//Nəzər.Media
