Almaniyada ana və uşaq mərkəzinə silahlı hücum olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Ştade şəhərində baş verib.
Hadisə nəticəsində 6 nəfər həyatını itirib. Hücumu törədən şəxsin uşaq üzərində qəyyumluq mübahisəsi yaşadığı bildirilir. Şübhəli saxlanılıb, hadisə ilə bağlı araşdırma davam edir.
//Nəzər.Media
