• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Bəzi saytlara giriş məhdudlaşdırılacaq

30 İyun, 26 / 14:56
A A
Bəzi saytlara giriş məhdudlaşdırılacaq

İnternet informasiya ehtiyatlarına müraciətin müvəqqəti məhdudlaşdırılacağı hallar genişləndirilir.

Nəzər.Media Trend-ə istinadən xəbər verir ki, bu dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan düzəlişlərdə əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların yerləşdirilməsinə yol verilməməlidir. Bu kateqoriyaya narkotik vasitələrin hazırlanması və istifadəsi ilə bağlı məlumatlar, pornoqrafik materiallar, ictimai əxlaqa zidd məzmunlar, qumar və qanunsuz mərc oyunlarına çağırışlar, intiharı təşviq edən məlumatlar, yaş kateqoriyasına uyğun olmayan audio-vizual materiallar, təhqir və böhtan xarakterli informasiyalar, eləcə də ictimai təhlükəsizliyə təhdid yarada bilən yalan məlumatlar daxildir.

Təklif edilən dəyişikliklərə əsasən, bu cür məlumatların yerləşdirildiyi hallarda internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qeyd edilib ki, internet informasiya ehtiyatı dedikdə internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, domen adı və digər identifikasiya vasitələrinə malik olan informasiya resursu nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Previous Post

Aygün Kazımova baş geyimi ilə diqqət çəkdi - VİDEO

Next Post

Bakıda kişi həyat yoldaşını döydü - 1500 manat cərimələndi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.