ABŞ-də aparılan araşdırma süni intellektlə edilən dələduzluğun sürətlə artdığını göstərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ötən il təxminən 15 milyon nəfər belə fırıldaqların qurbanı olub.
Dələduzlar daha çox saxta internet səhifələri, telefon zəngləri, mesajlar və elektron poçtdan istifadə ediblər. Mütəxəssislər süni intellektlə hazırlanan saxta görüntü və səsləri müəyyən etməyin çətin olduğunu bildirirlər. Araşdırmada zərərin 68 milyard dollara çatdığı qeyd edilib.
//Nəzər.Media
