Yunanıstan meşə yanğınları ilə mübarizə aparır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yanğınlar Selanik bölgəsində fəsadlara səbəb olub.
Yanğınlar zamanı ölənlərin sayı 2 nəfərə yüksəlib. Bu gün yanğın zamanı həyatını itirən 12 yaşlı uşağın cəsədi aşkarlanıb. Yanğın söndürülməsi prosesi hələ də davam edir.
//Nəzər.Media
