• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb

01 İyul, 26 / 14:08
A A
“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb.

10–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən öncə uşaqlar “Kənddən Şəhərə” layihəsi çərçivəsində bal fermasına ekskursiyada iştirak edərək arıçılıq təsərrüfatı, balın istehsal prosesi və təbii məhsulların hazırlanması ilə yaxından tanış olublar.

Sonra onlar düşərgənin daxili qaydaları barədə məlumatlandırılıb, psixoloqlar tərəfindən keçirilən “Icebreak” və ilkin tanışlıq təlimləri vasitəsilə bir-birlərini daha yaxından tanıyıb, komanda ruhunun formalaşdırılmasına yönəlmiş interaktiv fəaliyyətlərə qoşulublar.

Həftə ərzində səhər idmanında sağlam həyat tərzini təşviq edən məşqlər yerinə yetirilib, psixoloqlarla keçirilən görüşdə emosional rifah, ünsiyyət və şəxsi inkişaf mövzularında maarifləndirici söhbətlər aparılıb

İştirakçılar boulinq və müxtəlif oyun aparatlarını əhatə edən əyləncə proqramında, “Faceart” tədbirində, hovuz və oyun parkı fəaliyyətlərində iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər.

Bununla yanaşı, “ABAD” tərəfindən təşkil olunan ustad dərsində müxtəlif bacarıqlar əldə edilib.

Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutan növbəti ustad dərsində Avropa və dünya mükafatçısı Taleh Məmmədovla görüşən uşaqlar onun həyat və idman təcrübəsi ilə tanış olublar.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkil etdiyi “Süni intellekt və robotlarla gələcəyə səyahət” adlı infosessiyada müasir texnologiyalar və innovativ həllərlə bağlı yeni biliklər əldə edilib.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel
Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC
Dəstəkçilər: “Badamlı”, “Milla”, “PASHA Malls”
Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.

Previous Post

“Rəqəmsal Kələğayı: ənənə və müasirlik” layihəsi uğurla başa çatdı

Next Post

2026-cı ildə kiçik şirkətlərə qarşı süni intellekt kimi maskalanmış zərərli proqram hücumlarının sayı 5 dəfə artıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.