Beynəlxalq hesabatda Rusiyanın “gizli donanma” adlandırılan neft tankerlərindən istifadə etdiyi iddia olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu gəmilər vasitəsilə Avropadakı hərbi və strateji obyektlər üzərində pilotsuz uçuş aparatları ilə müşahidə aparılıb.
İddialara görə, bu fəaliyyətlər 13 ölkəni əhatə edib və aylarla diqqətdən kənarda qalıb. NATO isə belə təhdidlərin diqqətlə izlənildiyini, lakin hesabatdakı iddiaların hələ müstəqil şəkildə təsdiqlənmədiyini bildirib.
//Nəzər.Media
