ABŞ Dövlət Departamenti Türkiyə ilə bağlı hüquqi məhdudiyyətlərin qüvvədə qaldığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, açıqlamada F-35 qırıcılarının Türkiyəyə satılmayacağı barədə birbaşa ifadə yer almayıb.
Eyni zamanda, Türkiyənin NATO üçün vacib müttəfiq olduğu vurğulanıb. Yunanıstan mətbuatı isə Vaşinqtonun F-35 məsələsində mövqeyini dəyişmədiyini iddia edib.
//Nəzər.Media
