ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onun sözlərinə görə, Tehran Vaşinqtonun tələblərinin böyük hissəsini qəbul edib.
Tramp İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bir daha vurğulayıb. O, tərəflər arasında danışıqların davam etdiyini də qeyd edib.
//Nəzər.Media
