ABŞ mətbuatı Vaşinqtonun İrana gizli xəbərdarlıq göndərdiyini iddia edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, xəbərdarlıq İsrailin yüksək rütbəli iranlı rəsmiləri hədəfə ala biləcəyi ehtimalı ilə bağlı olub.
Bildirilib ki, belə addım danışıqlar prosesini təhlükə altına qoya bilər. Rəsmi tərəflər bu iddialarla bağlı hələlik açıqlama verməyiblər.
//Nəzər.Media
