İsrail ordusu atəşkəsə baxmayaraq Livanın cənubuna hava zərbələri endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücumlar əsasən Nəbətiyyə vilayətində qeydə alınıb.
Yerli mənbələr yaşayış məntəqələri və xəstəxana ətrafının da hədəf alındığını bildirib. Hadisə bölgədə gərginliyin yenidən artacağı ilə bağlı narahatlığı gücləndirib.
//Nəzər.Media
