BMT-nin Baş katibi Antonio Quterreş Dəməşqdə baş verən partlayışdan dərin narahatlığını ifadə edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Quterreş həlak olanların ailələrinə başsağlığı, yaralananlara isə şəfa arzulayıb.
Quterreş mülki şəxslərə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb. O, hadisəni törədən şəxslərin müəyyən edilərək ədalət qarşısına çıxarılmasına çağırıb.
//Nəzə.Media
