Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın həm cəbhədə, həm də iqtisadi sahədə çətinliklərlə üzləşdiyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Zelenski Vladimir Putinin müharibəni uduzduğunu iddia edib.
Zelenski Kiyevin hava hücumlarından müdafiə üçün daha çox raketə ehtiyacı olduğunu da vurğulayıb. O, Rusiyanın son hücumlarına cavab veriləcəyini qeyd edib.
//Nəzər.Media
