Yunanıstan Türkiyə ilə bağlı planlarını Vaşinqtona qəbul etdirə bilməyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, söhbət KAAN qırıcısının mühərriki və F-35 proqramı ilə bağlı məsələlərdən gedir.
ABŞ Prezidenti Donald Trampın mövqeyi prosesə təsir göstərib. Bildirilir ki, Konqresdə Türkiyə əleyhinə təşəbbüslərə dəstək zəifləyib. Yunanıstanın lobbi dairələri bunu ciddi uğursuzluq kimi qiymətləndirirlər. Türkiyənin müdafiə sənayesində mövqeyinin daha da gücləndiyi vurğulanır.
//Nəzər.Media
