Bu gün gecə saat 02 radələrində Zaqatala şəhəri ərazisində “Tofaş” və “BMW” markalı avtomobillər toqquşub.
Nəticədə “Tofaş”ın sürücüsü, 41 yaşlı Orxan Orucov xəstəxanada ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
//milli.az
