Yeni araşdırma xarici dil öyrənməyin beyin sağlamlığına müsbət təsir etdiyini göstərib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tədqiqatda 700-dən çox insan iştirak edib.
Nəticələrə görə, iki və ya daha çox dil bilənlərin beyni daha gənc görünür. Dörd və daha çox dil bilənlərdə bu fərq 13 ilə qədər çatır. Alimlər bildirirlər ki, dili erkən yaşda öyrənmək təsiri daha da gücləndirir. Bu vərdiş beynin qocalmaya qarşı müqavimətini artırır. Mütəxəssislər hər yaşda yeni dil öyrənməyi tövsiyə edirlər. Bununla yanaşı, bəzi alimlər nəticələrin digər sağlam həyat tərzi amilləri ilə də əlaqəli ola biləcəyini vurğulayırlar.
//Nəzər.Media
