Rusiya və Ukrayna arasında danışıqlar gözlənilsə də, cəbhədə qarşılıqlı hücumlar davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rusiya Kiyev də daxil olmaqla bir neçə bölgəyə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Ukrayna isə cavab olaraq Rusiyanın neft emalı və enerji infrastrukturunu hədəfə alıb. Hücumlar nəticəsində hər iki tərəfdə ciddi dağıntılar qeydə alınıb. Mütəxəssislər münaqişənin yaxın vaxtlarda daha da gərginləşə biləcəyini istisna etmirlər.
//Nəzər.Media
