Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Mövsümün və I turun ilk oyununda Yevlaxın “Karvan-Yevlax” klubu “Şamaxı Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. Yevlax təmsilçisi uzun müddətdən sonra Premyer Liqaya məğlub olmadan başlamaq istəyəcək. “Qəbələ” Premyer Liqaya geri dönüşünü qələbə ilə etmək istəyəcək. Hakim Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Karvan-Yevlax”ın start heyəti:
99. Pedro Mateuş(GK)
6. Vadim Abdullayev (C)
18. Süleyman Əhmədov
14. Uğur Cahangirov
20. Coy Sleyd Mikels
2. Şakil Sno
37. Mois Nqvisani
19. Tompson Qavi
3. Said İranxan
10. Samuel Durrant
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
1. Kamran İbrahimov(GK)
25. Əmrah Bulud(GK)
7. Araz Abdullayev
32. Elvin Yunuszadə
33. Eltun Turabov
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
11. Kayl Spens
8. Peter Kinqs
21. İmani Barker
“Karvan-Yevlax”ın baş məşqçisi:Azər Həşimov
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
13. Nicat Əliyev
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
50. Adriel Ba Loua
3. Eduardo Kunde
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
“Qəbələ”nin ehtiyat oyunçuları:
94. Həbib Hüşənov(GK)
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
97. Elşad Tağıyev
74. Süleyman Damadayev
66. Nuğay Rəşidov
36. Elnur Mustafayev
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
12. İbrahim Sanqare
70. Paulo Quimbila
“Qəbələ”nin baş məşqçisi:Kaxaber Tsxadadze
Turun digər görüşləri Şənbə, Bazar və Çərşənbə axşamı günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Debütant “İmişli” Premyer Liqada debüt oyununda məğlub olmamaq haqqında düşünəcək. “Turan Tovuz” isə ilk oyunda debütant üzərində qələbə qazanaraq mövsümə qələbə ilə başlamaq istəyir.
Günün ikinci mövsümün üçüncü qarşılaşmasında “Neftçi” “Neftçi Arena”da “Şamaxı”nı qəbul edəcək. Yenilənmiş “Neftçi” yeni mövsümdə iddialarını ortaya qoymaq üçün doğma publika önündə mövsümə qələbə ilə başlamaq istəyir. “Şamaxı” isə ilk oyunda məğlub olmamaq haqqında düşünəcək.
Qeyd edək ki, Tur digər görüşləri Bazar günü və Çərşənbə axşamı günü keçiriləcək.Bazar günü bir qarşılaşma baş tutacaq.
Günün yeganə oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Kimyaçılar” doğma publika önündə mövsümə qələbə ilə başlamaq istəyir. Nizami yurdunun təmsilçiləri isə mövsümə ən azı məğlub olmadan başlamaq istəyəcəklər.
Çərşənbə axşamı günü bir qarşılaşma baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Mavi qartallar” doğma publika önündə qələbə qazanmaq istəyir. Avrokuboklarda darmadağın olaraq vidalaşan Muxtar Respublika təmsilçisi azərkeşlərin kölnünü almaq üçün bu oyunda qələbə qazanmağa cəhd edəcək.
Qeyd edək ki, “Bank Respublika Arena”da baş tutacaq “Sabah”-“Qarabağ” oyunu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar təxirə salınıb.
